Qazaxıstanda vitse-prezident vəzifəsi yaradılacaq - Admenasi
Dunyada

Qazaxıstanda vitse-prezident vəzifəsi yaradılacaq

Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılacağı bəlli olub.

Oxu.Az Tengrinews.kz saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev bildirib.

“Söhbət Qazaxıstanın vitse-prezidenti vəzifəsinin yaradılmasından və onun konstitusiyada təsbit edilməsindən gedir. Vitse-prezidentin namizədliyi prezident tərəfindən irəli sürüləcək və parlamentdə səs çoxluğu ilə təyin ediləcək. Onun səlahiyyətlərinin dairəsini dövlət başçısı özü müəyyən edəcək”, – deyə Tokayev bildirib.

Prezidentin sözlərinə görə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq forumlarda və xarici nümayəndə heyətləri ilə danışıqlarda Qazaxıstanı təmsil edəcək.

Mənbə: https://sonxeber.az/385748/qazaxistanda-vitse-prezident-vezifesi-yaradilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button