Hadise
Keçmiş futbolçunun narkotik testi müsbət çıxdı

Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq “narkotik və ya psixotrop maddələrin istehsalı və satışı” maddəsi ilə həbs edilən keçmiş futbolçu Ümit Karanın narkotik testinin müsbət nəticə verdiyi bildirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, aparılan tibbi müayinələr zamanı Ümit Karanın test nəticələrində narkotik maddə izlərinə rast gəlinib. Hadisə idman ictimaiyyətində və sosial mediada geniş rezonans doğurub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Rəsmi qurumların istintaqın gedişi ilə bağlı əlavə açıqlama verməsi gözlənilir.
Mənbə: https://sonxeber.az/385715/kecmis-futbolcunun-narkotik-testi-musbet-cixdi



