Dünya onları danışır: “Kərtənkələ ailəsi” qısa zamanda fenomenə çevrildi – VİDEO

İndoneziyada yaşayan və nadir genetik xəstəlik səbəbindən sosial mediada “Kərtənkələ ailəsi” kimi tanınan Manurunq ailəsi paylaşdıqları videolarla qısa müddətdə qlobal fenomenə çevrilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ailənin səmimi və maarifləndirici paylaşımları həm geniş ictimaiyyətin diqqətini çəkib, həm də milyonlarla insana ilham verib.
Qeyd olunur ki, “Kərtənkələ ailəsi”nin üzvləri Treacher Collins adlanan nadir genetik xəstəlikdən əziyyət çəkirlər. Bu xəstəlik üz-çənə sümüklərinin inkişafına təsir göstərir və xarici görünüşdə fərqliliklər yaradır.
Sosial mediada aktiv olan Manurunq ailəsi paylaşımları vasitəsilə həm bu genetik xəstəlik barədə maarifləndirmə aparır, həm də fərqliliklərin həyat üçün maneə olmadığını nümayiş etdirir. Onların hekayəsi qısa zamanda böyük maraq doğuraraq dünya mediasında da geniş işıqlandırılıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385713/dunya-onlari-danisir-kertenkele-ailesi-qisa-zamanda-fenomene-cevrildi-video



