73 yaşlı Putin yenə gündəmdədir: Buzlu suya girdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin pravoslavların Epifaniya (Xaç suyuna girmə) ənənəsi çərçivəsində buzlu suya girib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən anları əks etdirən video sosial şəbəkədə qısa zamanda geniş yayılaraq gündəm olub.
Minlərlə istifadəçi tərəfindən paylaşılan görüntülər böyük maraq doğurub. Sosial media istifadəçiləri 73 yaşlı Vladimir Putinlə bağlı “sanki heç 40 yaşına belə keçməyib” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Vladimir Putin hər il pravoslav ənənəsinə uyğun olaraq Epifaniya günü buzlu suya girmə mərasimində iştirak edir və bu il də ənənəni pozmayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385709/73-yasli-putin-yene-gundemdedir-buzlu-suya-girdi-video
Mənbə: https://sonxeber.az/385709/73-yasli-putin-yene-gundemdedir-buzlu-suya-girdi-video



