ABŞ-da maraqlı etiraz: Tələbə süni intellektlə yaradılan sənət əsərini yedidir

Amerikada bir universitetdə baş verən qeyri-adi etiraz aksiyası süni intellekt və sənət mövzusunda müzakirələri yenidən gündəmə gətirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Alaska ştatında yerləşən Alaska Fairbanks Universitetinin (UAF) sənət qalereyasında bir tələbə süni intellektlə yaradılmış sənət əsərini etiraz məqsədilə yerindən sökərək yedi.
Məlumata görə, universitet tələbəsi Qrem Qrencer qalereyada sərgilənən və süni intellekt tərəfindən hazırlanmış sənət işlərinə qarşı olduğunu bildirmək üçün bu addımı atıb. Hadisədən sonra kamp təhlükəsizliyi polisə məlumat verib və tələbə “əmlaka zərər vurma” ittihamı ilə saxlanılıb.
Polisə verdiyi ifadədə Qrencer, eylemi süni intellekt dəstəkli sənət istehsalına etiraz olaraq etdiyini bildirib. Qeyd olunur ki, sərgidəki əsərlər süni intellektin insan psixologiyasına təsirini araşdıran layihə çərçivəsində hazırlanıb.
Hadisə sosial mediada və sənət cameəsində geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu ifadə azadlığı kimi qiymətləndirsə də, bir çoxları sənət əsərinə zərər vurulmasını tənqid edib. Faktla bağlı araşdırma aparılır.



