Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib - Admenasi
Sosial

Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini gəlib.

Qaynarinfo-nun məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, daxili xidmət mayoru Yaqub Daşdəmirli bu vəzifəyə təyin edilib.

O, daha əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yərinə gətirilib.

Mənbə: https://sonxeber.az/385647/nazir-generalin-yerine-onu-teyin-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button