Tramp daha bir ölkəni Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdi - Admenasi
Dunyada

Tramp daha bir ölkəni Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdi

Hindistan ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə ANI məlumat yayıb.

Hələlik Yeni Dehlidən bu təkliflə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, indiyədək Tramp onlarla dövlətə analoji təkliflər göndərib.

Bir müddət əvvəl Ağ Evin mətbuat xidməti Trampın sədrlik etdiyi Sülh Şurasına onun xüsusi elçisi Stiven Uitkoff, sahibkar və Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri (1997-2007) Toni Bleyer, “Apollo Global Management” şirkətinin sahibi Mark Rouen, Dünya Bankının baş direktoru Acay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabrielin daxil olacağını açıqlayıb.

Mənbə: https://sonxeber.az/385644/tramp-daha-bir-olkeni-qezza-sulh-surasina-qosulmaga-devet-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button