Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub - Admenasi
Dunyada

Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub

Alp dağlarınının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Avstriyanın “ORF” teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb, onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da həlak olub.

Xilasedicilər turistlərdən işarəli yolları tərk etməməyi təkidlə xahiş ediblər, çünki faciələrin əksəriyyəti xizəklə nəzərdə tutulan cığırlardan kənarda hərəkət edərkən baş verir.

Mənbə: https://sonxeber.az/385608/avstriyanin-alp-daglarinda-qar-ucqunlari-neticesinde-bes-nefer-helak-olub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button