Tramp Qrenlandiya ilə bağlı bir neçə Avropa ölkəsinə tarif tətbiq edib - Admenasi
Dunyada

Tramp Qrenlandiya ilə bağlı bir neçə Avropa ölkəsinə tarif tətbiq edib

ABŞ Qrenlandiya ilə bağlı fikir ayrılıqlarına görə bir sıra Avropa ölkələri üçün gömrük rüsumlarını artırır.

“Report” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “Truth Social”dakı hesabında yazıb.

“Biz uzun illərdir Danimarka və Avropa İttifaqının bütün ölkələrinə subsidiya ayırmışıq, onlardan tarif və ya hər hansı başqa təzminat forması alınmayıb. İndi Danimarkanın borcunu qaytarma vaxtı çatıb- dünyada sülh təhlükə altındadır! Çin və Rusiya Qrenlandiyanı istəyir, və Danimarka bununla bağlı heç nə edə bilmir”, – o yazıb.

Trampın sözlərinə görə, yalnız onun rəhbərliyi altında ABŞ Qrenlandiyanın suverenliyini qoruya bilər. O, həmçinin qeyd edib ki, adada Avropa dövlətlərinin artan hərbi fəaliyyəti “təhlükəli oyun” və Vaşinqton üçün risk təşkil edir.

“Bu il 1 fevraldan etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10%-ə qədər, 1 iyundan isə 25%-ə qədər artırılacaq. Bu rüsumlar Qrenlandiyanın tam və qəti alınması barədə razılaşma əldə olunana qədər tətbiq ediləcək”, – Amerika lideri qeyd edib.

Mənbə: https://sonxeber.az/385571/tramp-qrenlandiya-ile-bagli-bir-nece-avropa-olkesine-tarif-tetbiq-edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button