Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb - Admenasi
Dunyada

Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk diyarında hökumət orqanları nümayəndələrinə və Kabardin-Balkar Respublikasında polislərə qarşı terror aktlarının hazırlanmasının qarşısının alındığını bildirib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

“Qeyd olunan regionlarda əməliyyat-axtarış tədbirləri nəticəsində Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdıran şəxs, eləcə də Nalçik şəhərində polis əməkdaşlarına qarşı sui-qəsd hazırlayan Kabardin-Balkar Respublikasının sakini saxlanılıb”, – məlumatda qeyd olunub.

Saxlanılan şəxslərdə bir sıra yazışmalar, həmçinin, sui-qəsdin həyata keçirilməsinin planlaşdırıldığı obyektlərin fotoları aşkar edilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko vurğulayıb ki, Kabardin-Balkar Respublikasının sakininə cinayətlərin törədilməsinə görə ittiham irəli sürülüb və həbs edilib.

Xabarovsk diyarında saxlanılan şəxslə bağlı da cinayət işi araşdırılır, o da həbs edilib.

Mənbə: https://sonxeber.az/385530/rusiyada-nalcikde-polislere-hucumun-qarsisi-alinib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button