Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Abubakirov əvvəllər müdafiə nazirinin müavini vəzifəsində çalışıb.
Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verdi
O, 2024-cü ilin yanvar ayında Tokayev tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilən Sultan Kamaletdinovu əvəzləyib.
Qazaxıstan ordusunda ciddi kadr dəyişikliyi baş verdi
Dövlət başçısının kadr dəyişikliyinin səbəbləri göstərilməyib.
Yeni qərargah rəisi 1977-ci ildə anadan olub. O, Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və Milli Müdafiə Universitetini bitirib.
Mənbə: https://sonxeber.az/385510/qazaxistan-ordusunda-ciddi-kadr-deyisikliyi-bas-verdi



