İtaliyada Rusiyaya məxsus gəmi həbs edildi - Admenasi
Dunyada

İtaliyada Rusiyaya məxsus gəmi həbs edildi

İtaliyanın Brindizi limanında Rusiyaya üzən gəmi həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə gömrük məsələlərini tənzimləyən İtaliya dövlət agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, kiçik okean adalarından birinin bayrağı altında üzən gəmi Novorossiyskdən Brindiziyə gəlib və nəqliyyat vasitəsinə 33 min ton qara metal yüklənib.

Gömrük rəsmiləri əlavə ediblər ki, naviqasiya sistemlərində əlavə yoxlamalar aparılacaq.

Açıqlamada qeyd olunub ki, gəmi Novorossiysk limanına çatanda naviqasiya sistemləri geolokasiyadan yayınmaq və səlahiyyətli orqanlar tərəfindən yoxlamalara maneə olmaq məqsədilə işləməyib.

Brindizi məhkəməsi iş sənədlərini nəzərdən keçirib və gəminin və göyərtəsindəki bütün yükün profilaktik müsadirəsinin qanuniliyini təsdiqləyib. İdxalçı, gəmi sahibi və bir neçə heyət üzvü hazırda istintaq altındadır.

Mənbə: https://sonxeber.az/385489/italiyada-rusiyaya-mexsus-gemi-hebs-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button