Yerə yaxınlaşan ən təhlükəli 3 asteroid - 2029, 2032 və 2036-cı illərdə… - Admenasi
Dunyada

Yerə yaxınlaşan ən təhlükəli 3 asteroid – 2029, 2032 və 2036-cı illərdə…

Rusiyalı astronom Aleksandr Kiselev Yer üçün potensial təhlükə yaradan üç asteroidin adını çəkib.

BAKU.WS xəbər verir ki, o, aif.ru saytına verdiyi müsahibədə bu səma cisimlərinin təhlükəsini izah edib.

Siyahıda birinci yerdə diametri təxminən 370 metr olan Apofis asteroidi yer alıb. Onun 2029, 2036 və 2068-ci illərdə planetimizə yaxınlaşacağı gözlənilir. Onun trayektoriyası daimi monitorinq tələb edir.

İkinci potensial təhlükəli obyekt diametri 90 metrə çata bilən 2024 YR4 asteroidi olub. Hesablamalar göstərir ki, o, 22 dekabr 2032-ci ildə Yerlə toqquşa bilər. Belə bir hadisə güclü atmosfer partlayışına və ya əhəmiyyətli lokal dağıntılarla zərbə kraterinin əmələ gəlməsinə səbəb ola bilər.

Ən əhəmiyyətli təhlükə üçüncü bir obyekt – “planet qatili” kimi də tanınan 2011 UL21 asteroidi tərəfindən gözlənilir. Diametri təxminən 2,5 kilometr olan bu asteroidin təsiri bütün qitədə biosfer tarazlığını poza və planetə qlobal ziyan vura bilər.

Əvvəllər yeni kəşf edilmiş başqa bir asteroiddən təhlükə barədə məlumatlar yayılmışdı, lakin rəsmi mənbələr sonradan onun Yerə dəymə ehtimalını təkzib ediblər.

Mənbə: https://sonxeber.az/385448/yere-yaxinlasan-en-tehlukeli-3-asteroid-2029-2032-ve-2036-ci-illerde

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button