Ata-oğul davası faciə ilə nəticələndi

Türkiyənin Antalya şəhəri, Kemer rayonunda baş verən dava nəticəsində bir kişi atası tərəfindən bıçaqlanaraq ağır yaralanıb və xəstəxanada həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Kuzdere məhəlləsi, Ballıtaş ərazisində qeydə alınıb.
Məlumata görə, İmdat A. (52) ilə oğlu S.A. (33) arasında hələ dəqiq məlum olmayan səbəbdən mübahisə yaranıb.
Mübahisənin böyüməsi nəticəsində S.A. atası İmdat A.-nı iki yerdən bıçaqlayıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları atanı xəstəxanaya çatdırıblar, lakin edilən bütün müdaxilələrə baxmayaraq İmdat A. həyatını xilas etmək mümkün olmayıb.
Hadisə sonrası jandarma əməkdaşları tərəfindən saxlanılan S.A., növbəti məhkəmədə həbs edilərək həbsxanaya göndərilib.
Mənbə: https://sonxeber.az/385450/ata-ogul-davasi-facie-ile-neticelendi



