Azərbaycanda qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib - Admenasi
Sosial

Azərbaycanda qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.

O qeyd edib ki, bu təklifin reallaşması fərdlərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

“Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş rdilir. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu addım bələdiyyələrə də əlavə dəstək olar”.

Mənbə: https://sonxeber.az/385429/azerbaycanda-qeyri-yasayis-saheleri-ucun-emlak-vergisinin-artirilmasi-teklif-edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button