1,5 yaşlı körpə evdə ölü tapılıb - VİDEO - Admenasi
Hadise

1,5 yaşlı körpə evdə ölü tapılıb – VİDEO

Türkiyənin Kayseri şəhərinin Melikgazi rayonunda ailə əlil körpələrini yatağında hərəkətsiz vəziyyətdə tapıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Melikgazi rayonuna bağlı Osmanlı məhəlləsinin Doğanca küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində baş verib. Məlumata görə, E.H. adlı oğlan körpəni yatağında hərəkətsiz vəziyyətdə görən ailə dərhal 112 Təcili Yardım Xidmətinə məlumat verib.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım və polis əməkdaşları körpənin həyatını itirdiyini müəyyən ediblər. Körpənin əlil olduğu bildirilib.

E.H.-nin meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Kayseri Dövlət Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385426/15-yasli-korpe-evde-olu-tapilib-video

Mənbə: https://sonxeber.az/385426/15-yasli-korpe-evde-olu-tapilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button