Silahı başına tuşlayıb dəfələrlə tətiyə basdı, gerçək tamam başqa çıxdı – VİDEO

Türkiyənin İstanbul şəhərinin Böyükçekmece rayonunda gənclər arasında küçənin ortasında baş verən dava zamanı bir nəfər oyuncaq tapança ilə yerə yıxılan şəxsə dəfələrlə atəş açıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Böyükçekmece rayonunun Mimaroba məhəlləsində baş verib. İlkin məlumata görə, naməlum səbəbdən gənclər arasında küçədə dava yaranıb. Dava nəticəsində gənclərdən biri yıxılıb və digər şəxslər tərəfindən təpik və yumruqlarla döyülüb.
Döyülən gəncin əlində olan “airsoft” tipli oyuncaq tapançanı ələ keçirən digər gənc silahı onun başına tuşlayaraq ard-arda tətik çəkib. İçərisində metal kürəciklər olan oyuncaq tapança ilə edilən atəşlər nəticəsində zərərçəkən şəxs yaralanıb.
Dəhşətli görüntülər ərazidə olan şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Hadisədən sonra şübhəlilər ərazidən qaçıblar.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, qaçan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385424/silahi-basina-tuslayib-defelerle-tetiye-basdi-gercek-tamam-basqa-cixdi-video



