"Kurtlar Vadisi"nin "Güllü"sü son halı ilə gündəm oldu - Admenasi
Şou biznes xəbərləri

“Kurtlar Vadisi”nin “Güllü”sü son halı ilə gündəm oldu

Məşhur “Kurtlar Vadisi” serialında canlandırdığı “Güllü Erhan” obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyor Erhan Ufak son görüntüsü ilə diqqət mərkəzinə düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı fotolarla izləyicilərini təəccübləndirən Ufakın formada olması və xeyli dəyişmiş görünüşü izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sosial mediada bir çox istifadəçi onun yeni görüntüsünü “illər ona yaraşıb” sözləri ilə şərh edib.

Aktyorluqla yanaşı həyatında yeni mərhələyə qədəm qoyan Erhan Ufak bir müddətdir ki, Azərbaycanda yaşayır. O, Bakıda öz sənət akademiyasını yaradaraq gənc istedadlara təlim keçir. Məşhur aktyor həm xarici görünüşündəki dəyişikliklə, həm də sənət sahəsinə verdiyi töhfələrlə təqdir toplayır.

Mənbə: https://sonxeber.az/385423/kurtlar-vadisinin-gullusu-son-hali-ile-gundem-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button