Məktəbin qarşısında müəllimə silahlı hücum edən valideyn saxlanılıb - VİDEO - Admenasi
Hadise

Məktəbin qarşısında müəllimə silahlı hücum edən valideyn saxlanılıb – VİDEO

Türkiyənin Adana şəhərində ibtidai məktəbin qarşısında müəllimə silahlı hücum edən valideyn polis tərəfindən saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 12-də Adananın Seyhan rayonuna bağlı Yeşilevler məhəlləsində yerləşən Şəhid Duran Keskin İbtidai Məktəbinin qarşısında baş verib. İddialara görə, təxminən bir ay əvvəl həbsxanadan azadlığa buraxılan M.P. adlı şəxs 7 yaşlı oğlu R.T.-nin məktəbdən uzaqlaşdırılmasına görə məsuliyyət daşıdığını düşündüyü keçmiş müəllimi A.G.-ni məktəbin qarşısında gözləməyə başlayıb.

M.P. məktəbə gələn müəllimə əvvəlcə yumruqla hücum edib və onu yerə yıxıb. Digər bir müəllimin müdaxilə etməsinə baxmayaraq, şübhəli bu dəfə tapança ilə yerdə olan müəllimə atəş açaraq hadisə yerindən qaçıb. Açılan atəş müəllimə dəyməyib. Dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Hücum nəticəsində xəsarət alan müəllim xəstəxanaya yerləşdirilib, müalicədən sonra isə evə buraxılıb və işinə geri qayıdıb.

Seyhan Rayon Polis İdarəsinin Cinayətlərin Qarşısının Alınması və İstintaq Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.P.-nin Seyhan rayonunun Pınar məhəlləsində olduğu müəyyən edilib. Ərazi mühasirəyə alındıqdan sonra şübhəli küçədə gəzərkən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.P. daha əvvəl qəsdən xəsarət yetirmə, narkotik vasitələrdən istifadə, əmlaka ziyan vurma və qanunsuz silah saxlama da daxil olmaqla ümumilikdə 20 cinayət qeydiyyatına malikdir.

Polisdə verdiyi ifadədə M.P.-nin “Oğlumun başqa məktəbə köçürülməsinə görə bu hücumu etdim” dediyi bildirilir. Şübhəli məhkəməyə göndərilərkən jurnalistlərin suallarını cavablandıraraq, “Hər kəs üçün öz övladı dəyərlidir” ifadəsini işlədib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385412/mektebin-qarsisinda-muellime-silahli-hucum-eden-valideyn-saxlanilib-video

Mənbə: https://sonxeber.az/385412/mektebin-qarsisinda-muellime-silahli-hucum-eden-valideyn-saxlanilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button