Zərgərlik mağazasından külli miqdarda qızıl oğurlayıb qaçdı - VİDEO - Admenasi
Hadise

Zərgərlik mağazasından külli miqdarda qızıl oğurlayıb qaçdı – VİDEO

İstanbulun Bahçelievler rayonunda maskalı şəxs zərgərlik mağazasını soyub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, “Yorulmayasınız” deyərək mağazaya daxil olan şübhəli şəxs silah çıxararaq zərgərə hədə-qorxu gəlib və təxminən 3 milyon lirə dəyərində qızıl götürərək hadisə yerindən qaçıb.

Hadisə zamanı mağazada olan zərgər və müştərilər böyük qorxu yaşayıb. Silahlı soyğun anbaan təhlükəsizlik kameralarına düşüb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, qaçan şübhəlinin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: https://sonxeber.az/385399/zergerlik-magazasindan-kulli-miqdarda-qizil-ogurlayib-qacdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button