Idman
“Qarabağ” bu gün iki oyun keçirəcək

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.
“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Ağdam təmsilçisi bu gün Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.
“Zaqlebye” hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.
Mənbə: https://sonxeber.az/385391/qarabag-bu-gun-iki-oyun-kecirecek



