Kıvanç hər bölümdən 4 milyon qazanacaq - Admenasi
Şou biznes xəbərləri

Kıvanç hər bölümdən 4 milyon qazanacaq

Məşhur aktyor Kıvanç Tatlıtuğ “Bozdağ Film”in çəkəcəyi “Dönence” serialı ilə razılaşıb. Aktyorun bu layihədən əldə edəcəyi qazanc hər kəsi təəccübləndirib.

Milli.Az xəbər verir ki, Kıvanç Tatlıtuğ bu serialın hər bir bölümü üçün 4 milyon Türk Lirəsi (təxminən 178 min manat) qazanacaq. Bu, Türkiyə serial sektorunda indiyədək bir aktyora ödənilən ən yüksək məbləğlərdən biridir.

Serialın istehsalçıları baş rolda aktyoru müşayiət edəcək qadın obrazı üçün Pınar Denizə ( “Yargı” serialının ulduzu) təklif göndəriblər.

Serial qlobal yayım platforması olan “Disney+”da nümayiş etdiriləcək.

Mənbə: https://sonxeber.az/385351/kivanc-her-bolumden-4-milyon-qazanacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button