Hadise
Binəqədidəki yataqxanada baş verən yanğında 30 sakin təxliyə edilib

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın nəticəsində binanın ll, lll, lV, V mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kvadratmetr sahədə otaq yanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 30 nəfər bina sakini təxliyə edilib, üç nəfər xilas olunub:
“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil”.
Mənbə: https://sonxeber.az/385378/bineqedideki-yataqxanada-bas-veren-yanginda-30-sakin-texliye-edilib



