Orqan mafiyasının "xala-bacıoğlu" oyunu ifşa edildi! - VİDEO - Admenasi
Hadise

Orqan mafiyasının “xala-bacıoğlu” oyunu ifşa edildi! – VİDEO

Banqladeşdən Türkiyəyə böyrək nəqli məqsədilə gətirilən və özlərini “xala-bacıoğlu” kimi təqdim edən şübhəlilərin qeyri-qanuni orqan köçürülməsi cəhdi İstanbulda üzə çıxarılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Banqladeşdə yaşayan 65 yaşlı böyrək xəstəsi qadının ölkəsində fəaliyyət göstərən bir şəbəkə ilə razılaşaraq müalicə üçün Türkiyəyə gətirildiyi müəyyən edilib. Uyğun donor tapıldıqdan sonra böyrək köçürülməsinin İstanbulda həyata keçirilməsi planlaşdırılıb.

Şübhəlilərin Şişlidəki özəl xəstəxanaya müraciət edərək xala-bacıoğlu olduqlarını təsdiqləyən saxta sənədlər təqdim etdikləri öyrənilib. Lakin xəstəxananın Etika Komitəsinin verdiyi suallara cavabların ziddiyyətli olması bu əlaqənin saxta olduğunu üzə çıxarıb.

Xəstəxana rəhbərliyinin müraciətindən sonra İstanbulun Miqrant Qaçaqmalçılığı ilə Mübarizə bölməsi əməliyyata başlayıb. Şübhəlilər yenidən xəstəxanaya çağırılıb. Yaşlı qadın əməliyyata alınacağını düşündüyü anda, həkimi gözləyərkən qarşısına polis çıxıb.

Aparılan əməliyyat zamanı böyrək xəstəsi qadın, vasitəçi olduğu ehtimal edilən şəxs və “bacıoğlu” kimi təqdim edilən donor saxlanılıb. Şübhəlilərin ifadələrindən məlum olub ki, qeyri-qanuni köçürmə üçün 5 min 500 ABŞ dolları (təxminən 237 min TL) qarşılığında razılaşıblar.

Polisdəki prosedurlardan sonra məhkəməyə çıxarılan şəxslər barəsində məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlıq tədbiri seçilib. Daha sonra onların ölkədən çıxarıldığı bildirilib.

https://www.sondakika.com/saglik/haber-organ-mafyasinin-teyze-yegen-oyunu-desifre-oldu-19464118/

Video ucun menbeyey baxin: https://sonxeber.az/385356/orqan-mafiyasinin-xala-bacioglu-oyunu-ifsa-edildi-video

Mənbə: https://sonxeber.az/385356/orqan-mafiyasinin-xala-bacioglu-oyunu-ifsa-edildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button