Kartoflu poğaçanın içi boş çıxdı – vətəndaş etiraz etdi

Səhər işə gedərkən “kartoflu poğaça” aldığını deyən bir vətəndaş, poğaçanı açdıqda içinin demək olar ki, boş olduğunu görərək narazılığını ifadə edib. O, içlikdə kartofun çox az olduğunu göstərərək etirazını videoya çəkib.
Hadisə səhər saatlarında baş verib. İş yerinə getmək üçün yolda olan vətəndaş aldığı poğaçanı açaraq içini yoxlayıb və demək olar ki, kartof olmadığını müşahidə edib. Bu vəziyyət onun narazılığına səbəb olub.
Poğaçanın içini göstərərək danışan vətəndaş belə deyib:
“Səhər işə gedərkən poğaça alım dedim. Açdım, baxdım. Gördüyünüz kimi içinə cəmi bu qədər kartof qoyublar. Bunu yesəm, adam deyiləm.”
Vətəndaş daha sonra poğaçanın içindəki kartofu çıxararaq kənara atıb. Hadisə sosial şəbəkələrdə də maraqla qarşılanıb və məhsulların keyfiyyəti ilə bağlı müzakirələrə səbəb olub.
Mənbə: https://sonxeber.az/385337/kartoflu-pogacanin-ici-bos-cixdi-vetendas-etiraz-etdi



