İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçdi, 18 mindən çox nümayişçi saxlanıldı - Admenasi
Dunyada

İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçdi, 18 mindən çox nümayişçi saxlanıldı

İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.

“Report” xəbər verir ki, bu rəqəmlər “Human Rights Activist News Agency” (HRANA) təşkilatının aksiyaların 18-ci gününün yekunlarına dair hesabatında öz əksini tapıb.

Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü vurğulanan məlumatda 882 ölüm halı ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.

Məlumata görə, yanvarın 14-də ölkə üzrə 31 vilayətin 187 şəhərində 617 etiraz aksiyası qeydə alınıb.

Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb.

Mənbə: https://sonxeber.az/385299/irandaki-etirazlarda-olenlerin-sayi-2-600-u-kecdi-18-minden-cox-numayisci-saxlanildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button