Yediyi alma ölümünə səbəb oldu - Admenasi
Hadise

Yediyi alma ölümünə səbəb oldu

Zonguldakda evində nəfəs borusuna alma parçası düşən Ailə və Sosial Xidmətlər İl Müdirliyində işləyən təhlükəsizlik işçisi Nazmiye Esen (45) xəstəxanaya çatdırılsa da həyatını itirib.

Sonxeber.az xəbər verir ki, yoldaşı ilə birlikdə evdə alma yeyən Nazmiye Esen nəfəs almaqda çətinlik çəkib. Bunu görən həyat yoldaşı dərhal təcili tibbi yardım çağırıb.

Hadisə yerinə gələn tibbi heyət ilkin müdaxilədən sonra Nazmiye Eseni Atatürk Dövlət Xəstəxanasına aparıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, o xilas edilə bilməyib.

Məlum olub ki, alma parçası onun nəfəs borusunu tıxayıb.

Mənbə: https://sonxeber.az/385293/yediyi-alma-olumune-sebeb-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button