Xalq artisti Röya Ayxan 13 yanvar tarixində baş tutan konsertindən əvvəl mətbuat nümayəndələri ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi həm yaradıcılığı, həm də gündəlik həyatına dair maraqlı məqamlara toxunub. Şəxsi vərdişlərindən danışan Röya Ayxan bildirib ki, hər səhər yuxudan oyanarkən bürcü haqqında oxuyur.
Sənətçi bu vərdişinin gündəlik davranışlarına təsir etdiyini də qeyd edərək deyib: “Hər səhər yuxudan oyananda bürcüm barədə oxuyuram. Əgər orada bu gün az danışmaq yazılıbsa, buna əməl etməyə çalışıram. Amma axıra kimi yox. Sonra da problem yarananda öz-özümə deyirəm ki, axı sən oxumuşdun bunu”- deyə o, bildirib.