Idman
“Qarabağ” bir gündə 2 oyun keçirəcək

“Qarabağ” komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə hazırkı ölkə çempionu məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.
İlk rəqib Xorvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək.
Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla üstələyib.
Mənbə: https://sonxeber.az/385253/qarabag-bir-gunde-2-oyun-kecirecek



