30 yaşlı qadın evində asılımış vəziyyətdə tapılıb – VİDEO

Türkiyənin Nevşehir şəhərində 30 yaşlı bir qadın evində ölü vəziyyətdə aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yeni Məhəllə, Lise küçəsində yerləşən mənzildə baş verib. Ebru D.-dən xəbər ala bilməyən sevgilisi Ömər M. mesajlarına cavab gəlmədiyini görərək qadının yaşadığı evə gedib. Mənzilin qapısında açarın üzərində olduğunu görən Ömər M. alt mərtəbədə yaşayan qonşusu B.K. ilə birlikdə içəri daxil olub.
Evin giriş hissəsində Ebru D.-ni asılı vəziyyətdə görən şəxslər dərhal təcili yardım və polisə məlumat veriblər. Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım əməkdaşları qadının həyatını itirdiyini müəyyən ediblər.
Polis əməkdaşları mənzildə və ətraf ərazidə baxış keçirib. Respublika prokurorunun göstərişi ilə hadisə ilə bağlı istintaq başladılıb. Ebru D.-nin meyiti tibbi ekspertiza üçün morqa aparılıb. Araşdırma davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385242/30-yasli-qadin-evinde-asilimis-veziyyetde-tapilib-video
Mənbə: https://sonxeber.az/385242/30-yasli-qadin-evinde-asilimis-veziyyetde-tapilib-video



