Eskalatordan alov saçaraq düşdü – VİDEO

Çinin bir metro stansiyasında sərnişinin cibində olan daşınan enerji yığan cihaz – powerbank qəfil partlayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı alovlar içində qalan şəxsin böyük panika yaşayaraq eskalatorla aşağı qaçdığı anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, sərnişinin çantasında olan powerbank hələlik naməlum səbəbdən qəfil alovlanıb və partlayıb. Alovun sərnişinin bədəninə sıçraması ətrafdakılar arasında da təşvişə səbəb olub.
Görüntülərdə sərnişinin üzərinə yayılan alovlardan xilas olmaq üçün sürətlə hərəkət etdiyi, eskalatorla aşağı enərək təhlükəsiz əraziyə qaçdığı aydın görünür. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385238/eskalatordan-alov-sacaraq-dusdu-video
Mənbə: https://sonxeber.az/385238/eskalatordan-alov-sacaraq-dusdu-video



