Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması üçün şərtini açıqladı - Admenasi
Dunyada

Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması üçün şərtini açıqladı

Rusiya Ukraynada qarşıya qoyulan məqsədləri hərbi yollarla həll etməyə davam edəcəyini, prezident Volodimir Zelenski real danışıqlar şərtlərini qəbul etməyincə əməliyyatların davam edəcəyini bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-də Rusiya Daimi Nümayəndəsi Vasili Nebenzya açıqlayıb.

Moskva nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Kiyevin hər hansı düşmən hərəkəti cavabsız qalmayacaq.

Qeyd edək ki, bundan əvvəl Zelenski Ukraynanın Rusiyayla birbaşa danışıqlara hazır olduğunu və qarşıdurmanın həll perspektivlərini müzakirə etməyə hazır olduqlarını açıqlamışdı. O həmçinin bildirib ki, Kiyev Qərb ölkələri ilə mümkün sülh planının detalları üzərində addım-addım danışıqlar aparır.

Mənbə: https://sonxeber.az/385223/rusiya-ukraynada-herbi-emeliyyatlarin-dayandirilmasi-ucun-sertini-aciqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button