“Əl-Nəsr”i Ronaldo da xilas edə bilmədi

Səudiyyə Ərəbistanı Pro Liqasında 14-cü turun mərkəzi oyununda “Əı-Hilal” və ” “Əl-Nəsr” komandaları üz-üzə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, “Əl-Mamlakah Arena”da keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.
Oyunda hesabı 42-ci dəqiqədə “Əl-Nəsr”ın ulduz futbolçusu Kriştiano Ronaldo açıb. Portuqaliyalı hücumçu bununla da karyerasında 959-cu qolunu vurub. Lakin ikinci hissədə üstünlüyü ələ alan “Al Hilal” 57-ci dəqiqədə Salem Al-Dawsarinin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib.
81-ci dəqiqədə Məhəmməd Kanu, 90+2-ci dəqiqədə isə Ruben Neves penaltidən fərqlənərək yekun hesabı 3:1-ə çatdırıb. Qarşılaşmanın sonunda “Əl-Nəsr”in qapıçısı Nəvaf Al-Aqidi qırmızı vərəqə alıb.
Bu nəticədən sonra “Əl-Hilal” xalını 38-ə yüksəldib. Son 4 oyunda 11 xal itirən “Əl-Nəsr” isə 31 xalla qalaraq liderdən 7 xal geri düşüb.
Mənbə: https://sonxeber.az/385218/el-nesri-ronaldo-da-xilas-ede-bilmedi



