Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ - Admenasi
Sosial

Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Sonxeber.az-a agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

Mənbə: https://sonxeber.az/385217/xezer-denizindeki-gemilere-xeberdarliq-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button