Zaqatalada avtomobil aşdı - Ölən və yaralanan var - Admenasi
Hadise

Zaqatalada avtomobil aşdı – Ölən və yaralanan var

Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: https://sonxeber.az/385210/zaqatalada-avtomobil-asdi-olen-ve-yaralanan-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button