Qar yağarkən parkda dostunu təraş etdi – VİDEO

İstanbulda gecə saatlarında yenidən başlayan qar yağışı şəhərin bir çox rayonunda fərqli və maraqlı anlara səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Sultangazidə bir kişi parkda, qarın altında dostunu təraş etdiyi zaman kameralara tuş gəlib,
Sultangazi rayonunun 50. Yıl məhəlləsində yerləşən parkda qeydə alınan həmin görüntülər diqqət çəkib. Parkdan ayrılarkən təraş olunan şəxsin əlində gül olduğu da müşahidə olunub.
Arnavutköydə isə gecə saatlarında qar yağışını görən sakinlər küçələrə çıxıb. Uşaqlar kartopu oynayıb, qar adamı düzəldərək qarlı havanın sevincini yaşayıblar.
Qar yağışının İstanbulun bir çox rayonunda təsirini davam etdirdiyi bildirilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385169/qar-yagarken-parkda-dostunu-teras-etdi-video
Mənbə: https://sonxeber.az/385169/qar-yagarken-parkda-dostunu-teras-etdi-video



