Sərxoş sürücü ona cərimə yazan polislərin yanında içməyə davam etdi - VİDEO - Admenasi
Maraqli

Sərxoş sürücü ona cərimə yazan polislərin yanında içməyə davam etdi – VİDEO

Türkiyənin Aksaray şəhərində baş verən hadisə həm polis əməkdaşlarını, həm də ictimaiyyəti heyrətə salıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Aratol İstiklal məhəlləsində patrul xidməti aparan mülki geyimli polis əməkdaşları mağazadan çıxaraq 42 AAD 014 dövlət nömrə nişanlı avtomobilinə yaxınlaşan Tunay D.-ni şübhə əsasında saxlayıblar. Yol polisi tərəfindən aparılan alkoqol testi zamanı onun 1,25 promil sərxoş olduğu, yəni icazə verilən həddən iki dəfədən çox spirt qəbul etdiyi müəyyən edilib.

Sürücünün sürücülük vəsiqəsi müsadirə edilib və ona 11 min 629 lirə məbləğində cərimə yazılıb. Lakin Tunay D. cəza qəbzini əlində tutaraq avtomobilinin yanında alkoqol qəbul etməyə davam edib və onu çəkən kameralara “Çox yaxşı içmişəm, bundan sonra da içəcəyəm” deyə reaksiya verib.

Polislərin xəbərdarlığına baxmayaraq, sərxoş davranışlarını davam etdirən sürücü asayiş əməkdaşları tərəfindən nəzarət altına alınaraq polis maşını ilə xəstəxanaya aparılıb. Tibbi yoxlamadan sonra Tunay D. “sərxoş vəziyyətdə avtomobil idarə edərək yol hərəkəti təhlükəsizliyini təhlükə altına salmaq” maddəsi ilə ifadə vermək üçün polis idarəsinə aparılıb. Onun avtomobili isə hadisə yerinə çağırılan yaxınlarından birinə təhvil verilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385166/serxos-surucu-ona-cerime-yazan-polislerin-yaninda-icmeye-davam-etdi-video

Mənbə: https://sonxeber.az/385166/serxos-surucu-ona-cerime-yazan-polislerin-yaninda-icmeye-davam-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button