Bir ayda eyni nöqtədə üçüncü ölüm: təhlükəsizlik boşluğu narazılıq yaradıb – VİDEO

Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda daha bir faciəvi hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, təxminən 2 metr hündürlükdən çay yatağına düşən 53 yaşlı Hüseyn C. bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə Yıldırım rayonunun Selimzadə məhəlləsində, saat 15:00 radələrində baş verib. Gökdere çayının yatağında hərəkətsiz vəziyyətdə uzanan şəxsi görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin apardığı ilkin baxış zamanı məlum olub ki, təxminən 2 metr hündürlükdən çay yatağına düşən şəxs Hüseyn C.-dir və o, hadisə yerində dünyasını dəyişib.
Araşdırmalardan sonra mərhumun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Bursa Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.
Bildirilib ki, eyni ərazidə son bir ay ərzində oxşar şəkildə üç nəfər həyatını itirib.
Faktla bağlı genişmiqyaslı istintaq başladılıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385165/bir-ayda-eyni-noqtede-ucuncu-olum-tehlukesizlik-boslugu-naraziliq-yaradib-video



