Yağışda islanan səyyar satıcı anasını günahlandırdı - VİDEO - Admenasi
Maraqli

Yağışda islanan səyyar satıcı anasını günahlandırdı – VİDEO

İstanbulda qəfil başlayan leysan yağışa baxmayaraq satışını davam etdirən bir səyyar satıcı, ona “Diqqətli ol, xəstələnərsən” deyən vətəndaşa sərt reaksiya göstərib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yağışda tamamilə islanmasına baxmayaraq piştaxtasının başından ayrıla bilməyən satıcı yaşadığı çətinliklərə diqqət çəkib. Duyğularını cilovlaya bilməyən kişi ailə vəziyyətindən şikayət edərək anasını ittiham edib. O, “Anam varlı biri ilə evlənməyib, kasıb biri ilə evlənib” sözləri ilə öz narazılığını ifadə edib.

Hadisə ətrafdakıların diqqətini çəkib və sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib. Satıcının bu emosional çıxışı bir çox insan tərəfindən həyatın çətin şərtləri altında çalışan insanların yaşadığı psixoloji gərginliyin nümunəsi kimi qiymətləndirilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385163/yagisda-islanan-seyyar-satici-anasini-gunahlandirdi-video

Mənbə: https://sonxeber.az/385163/yagisda-islanan-seyyar-satici-anasini-gunahlandirdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button