DNA testi etdirən qadın gerçək atasının anasının həkimi olduğunu öyrəndi - Admenasi
Hadise

DNA testi etdirən qadın gerçək atasının anasının həkimi olduğunu öyrəndi

ABŞ-ın Texas ştatında yaşayan Eve Wiley apardığı DNA testi nəticəsində həyatını dəyişən bir həqiqəti öyrənib. O, illər boyu atası sandığı şəxslərin bioloji atası olmadığını, əsl atasının isə anasının sonsuzluq müalicəsini aparan həkim Kim McMorries olduğunu aşkar edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Eve-in valideynləri uşaq sahibi ola bilmədiyi üçün sperma donorundan istifadə ediblər. Sənədlərdə donor “Donor 106 – Steve” kimi göstərilib və Eve uzun müddət onu bioloji atası hesab edib. Lakin sonradan aparılan genetik analizlər bunun da doğru olmadığını üzə çıxarıb.

DNA testləri göstərib ki, həkim McMorries müalicə zamanı donor sperması ilə yanaşı öz spermasından da istifadə edib. Eve-in anası isə buna heç vaxt razılıq vermədiyini və bu barədə məlumatının olmadığını bildirib.

Araşdırmalar nəticəsində eyni həkimdən doğulan daha 16 yarımqardaşın olduğu müəyyən edilib. Hadisə ABŞ-da “doğum fırıldağı” kimi qiymətləndirilir, lakin bir çox ştatda bu cür hallar hələ də açıq şəkildə cinayət sayılmır.

Eve Wiley hazırda bu tip halların qanunla cəzalandırılması üçün kampaniya aparır və onun fəaliyyəti nəticəsində ABŞ-da artıq 12 ştatda bu sahədə yeni qanunlar qəbul edilib.

Mənbə: https://sonxeber.az/385141/dna-testi-etdiren-qadin-gercek-atasinin-anasinin-hekimi-oldugunu-oyrendi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button