Sahildə ipdən asılmış 5 insan başı tapılıb - Admenasi
Hadise

Sahildə ipdən asılmış 5 insan başı tapılıb

Ekvadorun məşhur turizm mərkəzlərindən olan Puerto López şəhərində dəhşətli hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Manabi əyalətində yerləşən çimərlik ərazisində iplərlə asılmış vəziyyətdə beş insan başı aşkarlanıb. Hadisə ölkədə böyük şok və narahatlıq yaradıb.

Polis açıqlamasında bildirib ki, tapılan insan başlarının narkotik kartelləri arasında gedən qarşıdurmalarla əlaqəli olması ehtimal edilir. Yerli mətbuata yayılan görüntülərdə başların sahildəki taxta dirəklərə bağlanmış iplərlə asıldığı görünür. Hadisə yerində balıqçılardan “haqq” tələb edən şəxslərə yönəlmiş hədələr yazılmış lövhənin də olduğu bildirilib.

Polis hesabatına görə, Puerto López və ətraf ərazilərdə həftəsonu müxtəlif hücumlar da baş verib və nəticədə daha bir neçə nəfər həyatını itirib. Hüquq-mühafizə orqanları bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, son illər Ekvadorda narkotik daşımaları marşrutları üzərində yerləşən ərazilərdə çetələr arasında mübarizə getdikcə şiddətlənib. Rəsmi məlumatlara görə, təkcə 2025-ci ildə ölkədə 9 mindən çox qətl qeydə alınıb ki, bu da Ekvador tarixində ən yüksək göstərici hesab olunur.

Mənbə: https://sonxeber.az/385110/sahilde-ipden-asilmis-5-insan-basi-tapilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button