Bir qadın özündən 14 yaş kiçik sevgilisini bıçaqlayaraq öldürüb - VİDEO - Admenasi
Hadise

Bir qadın özündən 14 yaş kiçik sevgilisini bıçaqlayaraq öldürüb – VİDEO

Türkiyənin Kayseri şəhərinin Melikgazi rayonunda 34 yaşlı qadın yaşadığı evin terras mərtəbəsində mübahisə etdiyi 20 yaşlı sevgilisini bıçaqlayaraq öldürüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Melikgazi rayonunun Səlcuqlu məhəlləsində yerləşən 5 mərtəbəli binanın terras mərtəbəsində baş verib. Məlumata görə, 34 yaşlı F.Z. ilə 20 yaşlı sevgilisi S.C. arasında naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddət ərzində mübahisə bıçaqlı davaya çevrilib.

Dava zamanı F.Z. sevgilisi S.C.-ni hamamda bıçaqlayaraq ağır yaralayıb. Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı gənc ilkin tibbi yardımdan sonra Kayseri Şəhər Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, S.C.-nin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra şübhəli şəxs F.Z. saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385098/bir-qadin-ozunden-14-yas-kicik-sevgilisini-bicaqlayaraq-oldurub-video

Mənbə: https://sonxeber.az/385098/bir-qadin-ozunden-14-yas-kicik-sevgilisini-bicaqlayaraq-oldurub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button