Gürcüstanda turistlər qar uçqununa düşüblər - Admenasi
Dunyada

Gürcüstanda turistlər qar uçqununa düşüblər

Gürcüstanda qar uçqunu ən azı 20 turistdən ibarət bir qrupun üzərinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

Uçqun Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi zirvəsi yaxınlığında baş verib.

Məlumata görə, zərərçəkənlər qarın altında qalıblar. Xilasedicilər onların bir qismini qarın altından çıxarıblar.

Bir neçə nəfər özləri xilas ola bilib. Vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər.

Mənbə: https://sonxeber.az/385047/gurcustanda-turistler-qar-ucqununa-dusubler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button