Nobel Komitəsi sülh mükafatının sahibinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirdi - Admenasi
Dunyada

Nobel Komitəsi sülh mükafatının sahibinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirdi

Qazanılan Nobel mükafatı başqasına verilə bilməz.

Oxu.Az xəbər verir ki, Norveçin Nobel Komitəsi öz saytında bu barədə məlumat verib.

“Nobel Mükafatı elan edildikdən sonra onu ləğv etmək, bölmək və ya başqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədədir”, – bəyanatda deyilir.

Xatırladaq ki, yanvarın 6-da Venesuela müxalifətinin lideri Mariya Maçado 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, mükafatı aldıqda belə, onu ABŞ liderinə həsr edib.

Mənbə: https://sonxeber.az/385046/nobel-komitesi-sulh-mukafatinin-sahibinin-deyisdirilmesi-meselesine-aydinliq-getirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button