Kolumbiya prezidenti ABŞ-yə səfərinin məqsədini açıqladı - Admenasi
Dunyada

Kolumbiya prezidenti ABŞ-yə səfərinin məqsədini açıqladı

Trampla görüşünün məqsədi dünya müharibəsini dayandırmaqdır.

Oxu.Az xəbər verir ki, bunu Kolumbiya dövlət başçısı özü CBS telekanalına verdiyi müsahibədə bildirib.

Yanvarın 7-də Tramp və Petro telefon danışığı aparıb, Boqotanın narkotik qaçaqmalçılığına qarşı mübarizəsini və Venesueladakı vəziyyəti müzakirə ediblər.

Petro, həmçinin bildirib ki, söhbət zamanı Tramp ona 55 dəqiqəlik söhbətin 40 dəqiqəsini danışmağa icazə verib.

Kolumbiya prezidenti qeyd edib ki, iki tərəf Petronun təşəbbüsü ilə Venesuela məsələsini müzakirə edib.

Qeyd edək ki, iki lider arasında telefon danışığından sonra Tramp Petronun fevralın əvvəlində Vaşinqtona səfər edəcəyini açıqlayıb.

Mənbə: https://sonxeber.az/385013/kolumbiya-prezidenti-abs-ye-seferinin-meqsedini-aciqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button