Sifariş verdiyi telefonu 10 il sonra çatdırdılar - Admenasi
Hadise

Sifariş verdiyi telefonu 10 il sonra çatdırdılar

Liviyada 2010-cu ildə bir telefon satıcısı tərəfindən sifariş edilən Nokia markalı mobil telefonlar, ölkədə baş verən vətəndaş müharibəsi və sonrakı xaos səbəbindən 16 il gecikmə ilə sahibinə çatdırılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2011-ci ildə müharibənin başlamasından sonra logistika xətlərinin çökməsi, gömrük sisteminin işləməməsi və təhlükəsizlik problemləri bu məhsulların uzun illər anbarlarda qalmasına səbəb olub.

Məlumata görə, telefonlar yalnız son dövrlərdə ölkədə nisbi sabitliyin yaranması və tədarük zəncirinin qismən bərpası ilə çatdırıla bilib. Hadisə Liviyada müharibənin iqtisadi və ticarət sisteminə vurduğu dərin zərərin simvolik nümunəsi kimi qiymətləndirilir.

Mənbə: https://sonxeber.az/384888/sifaris-verdiyi-telefonu-10-il-sonra-catdirdilar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button