Şou biznes xəbərləri
“Anamla indiyə qədər öpüşüb-qucaqlaşmamışıq, ən yaralı yerimdir”

Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi anası ilə münasibətlərinə dair səmimi açıqlamalar verib:
“Anamla indiyə qədər heç vaxt öpüşməmişik. Bir-birimizi sevirik, amma bir dəfə də olsun qucaqlaşmamışıq. Başqalarında öpüşüb-qucaqlaşma görəndə təəccüblənirəm. Anamla aramızdakı sevgi uzaqdan, “platonik”dir. Bir-birimizlə nəfəs alırıq, amma bunu göstərə bilmirik. Bu, ən yaralı yerimdir.
Övladımı isə çox qucaqlayıb öpürəm. Uşağımla dostam. Özüm görmədiklərimi övladıma yaşadıram. Oğlumla böyük söhbətləri edirəm, o da mənə eyni şəkildə cavab verir”.
Mənbə: https://sonxeber.az/384879/anamla-indiye-qeder-opusub-qucaqlasmamisiq-en-yarali-yerimdir



