Sosial
Bakıda binanın eyvanı uçdu (FOTO)

Bakının Yasamal rayonunda beşmərtəbəli binanın 4-cü mərtəbəsində eyvan uçaraq yerə düşüb.
Sonxeber.az teleqraf-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar küçəsi, 5 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün vaxtilə tikilən yataqxanada qeydə alınıb.
Hazırda əraziyə 157 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları gələrək təhlükənin aradan qaldırılması üçün tədbirlər görürlər.
Mənbə: https://sonxeber.az/384877/bakida-binanin-eyvani-ucdu-foto



