DİQQƏT! Bu şəhərdə 700 abonentin qazı kəsiləcək - Admenasi
Sosial

DİQQƏT! Bu şəhərdə 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Sonxeber.az-a verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Mənbə: https://sonxeber.az/384847/diqqet-bu-seherde-700-abonentin-qazi-kesilecek

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button