Putinin dini çıxışlarına kilsədən sərt reaksiya: "Dəccalı xatırladır" - Admenasi
Dunyada

Putinin dini çıxışlarına kilsədən sərt reaksiya: “Dəccalı xatırladır”

Kilsə nümayəndələri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı dini məzmunlu açıqlamalarına kəskin reaksiya veriblər.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Putinin müharibəni “müqəddəs vəzifə” kimi təqdim etməsi və rus əsgərlərini “Tanrının əmri ilə hərəkət edən döyüşçülər” adlandırması din xadimlərinin ciddi narazılığına səbəb olub.

Bu açıqlamalar Putinin dini mesajlardan istifadə edərək müharibəni legitimləşdirməyə çalışması kimi qiymətləndirilib.

Putinin özünü xilaskar obrazında təqdim etməsinə də sərt reaksiya verilib. Ukrayna Pravoslav Kilsəsinin rahibi, ata Miroslav Puşkaruk bildirib ki, bu cür ifadələr xilaskardan daha çox “Dəccalı xatırladır”.

Kilsə təmsilçiləri dini inancların müharibəyə bəraət qazandırmaq üçün istifadə edilməsinin qəbuledilməz olduğunu vurğulayıblar. Onların fikrincə, Putinin açıqlamaları həm dini, həm də əxlaqi baxımdan cəmiyyətdə təhlükəli təsir yarada bilər.

Mənbə: https://sonxeber.az/384826/putinin-dini-cixislarina-kilseden-sert-reaksiya-deccali-xatirladir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button